ÜZÜM BAĞLARI VƏ TERRUAR

Təkrarolunmaz terruar və iqlim şəraitinə malik bu ərazi, Azərbaycanın ən unikal şərablarından birinin doğulduğu yerdir.

Dəniz səviyyəsindən 400 m yüksəklikdə iki çay ilə əhatə olunan bu ərazidə yağış, günəşli günlər və orta illik temperaturun ideal balansı yer almaqdadır. Ərazi öz iqlim xüsusiyyətlərinə görə demək olar ki, cənubi İtaliya ilə eynidir.

TARİXİMİZ VƏ FƏLSƏFƏMİZ

Keyfiyyət ənənəyə, şərab isə incəsənət nümunəsinə çevriləndə

Şirkətimiz qədim zamanlarda – Böyük Qafqazın ətəklərində şərabçılığın beşiyində, Savalan vadisində şərab sənayesinin inkişaf etdiyi unikal iqlim şəraiti olan bir ərazidə şərabçılıq sənətini yenidən canlandırır.

ZİRZƏMİ

Bura italyan və fransız palıd çəlləklərində şərablarımızı sevgi və səbirlə yaşlandırdığımız yerdir.

“SAVALAN – ASPI Winery” zavodunun zirzəmisi “Garbelotto” şirkəti tərəfindən hazırlanmış palıd çəlləkləri ilə təchiz edilmişdir.

ZAVOD

Bura milli şərabçılıq ənənələrimizin nəyinki unikal şərablar həm də distillələr istehsalı üçün müasir italiyan texnologiyası ilə birləşdiyi yerdir.

Zavoddakı avadanlıqlar müasir tələblərə tam cavab verən “Della Toffola” şərkətinə həvalə edilmişdir və laboratoriya isə Avropada ən yaxşı təchiz edilmiş laboratoriyalardan biridir. Avropa müəssisələrinin çox az hissəsi bu cür avadanlıqlarla təchiz edilmişdir. Şərab istehsalı prosesinə müasir keyfiyyət standartlarına uyğun olaraq nəzarət etmək üçün, fabrikə peşəkar texnoloqlar - İtaliyadan şərab ekspertləri Daniel D’Andrea və Eliza Vanyoni dəvət edildi.

ŞƏRABLARIMIZ

Şərabın tarixi diyarından.

ÇƏHRAYI

QIRMIZI

DİSTİLLƏ İSTEHSALI

Əsalət və güclü xarakteri distillə kolleksiyamızda bir araya gətirdik.

Distillə istehsalı fikiri daha əvvəldən mövcud olmasına baxmayaraq, “Della Toffola” və “Sordato” adlı iki italyan şirkətinin dəstəyi ilə şirkətimiz 2016-cı ildən distillə istehsalına başladı. Bu şirkətlər kimya və qida sənayesi üçün kompleks sistemlərin layihələndirilməsi və hazırlanması üzrə ixtisaslaşmışdır. Hazırda biz altı növ “SAVALAN” markalı distillə istehsal edirik.

DİSTİLLƏLƏRİMİZ

“SAVALAN” KOMANDASI

Biz öz fəaliyyətimizdə Azərbaycan və İtaliya kimi günəşli və zəngin mədəniyyətə sahib iki ölkəni birləşdirib bir araya gətirdik.

Şərablarımız yüksək ixtisaslı italyan mütəxəssislərin - Daniel D'Andrea və Eliza Vanyoninin rəhbərliyi altında istehsal olunur. “SAVALAN” komandası öz işlərində keyfiyyəti ən ali dəyər hesab edən peşəkar yerli və xarici mütəxəssislərdən ibarətdir.

TƏDBİRLƏRİMİZ

  • Keçmiş
  • Gələcək

The very first “Wine Logic” evening in Azerbaijan ever!

Bu, şərab və spirtli içkilərin dequstasiyası ilə keçirilən əyləncəli və maraqlı bir oyunudur.

Oyunda 4 nəfərdən ibarət iki komanda iştirak edəcək və oyunun mahiyyəti “TNT” telekanalında yayımlanan “Məntiq haradadır?” oyundakı kimidir, lakin bütün suallar yalnız şərab ilə bağlıdır. Qalib olan komanda “SAVALAN” brendindən dəyərli və maraqlı hədiyyələr qazanacaq. Çox sadə şərtlərimiz var, komandaya daxil olmayanlar Enokviz – ə qatıla biləcək və düzgün cavab verənlər mükafatlandırılacaqlar.

Proqrama daxildir: 6-7 növ şərabın dequstasiyası, həmçinin “SAVALAN NOBEL Exclusive Collection”, “SAVALAN Canyon”, distillyat, pendir, ət, qəlyanaltılar və zeytun. Ən əsası – unudulmaz anlar, daha sonra dostlarınızı və tanışlarınızı təəcübləndirə biləcəyiniz biliklər, həmçinin olduqca maraqlı hədiyyələr sizi gözləyəcək!

ŞƏRAB TURLARI

Azərbaycanın ən məşhur şərab və distillə markalarından birinin yarandığı yeri kəşf edin.