Bizi izləyin
Bizi tapın
Təkrarolunmaz terruar və iqlim şəraitinə malik bu ərazi, Azərbaycanın ən unikal şərablarından birinin doğulduğu yerdir.
Üzüm bağları Böyük Qafqaz dağlarının quru küləklərdən qoruduğu və hər iki tərəfdən Türyançay çayı ilə əhatə olunan Savalan vadisində yerləşir. Uzun zaman ərzində vadinin torpaqlarında çayın gətirdiyi qum, incə çınqıl və gil qatlarını toplandı, bu da əvvəlki əhəng süxurları ilə qarışaraq zəngin və geniş çeşidli terruarların yaranmasına səbəb oldu. Mövcud 11 iqlim qurşağından 9-u Azərbaycanda, bunlardan 4-ü isə Qəbələ bölgəsindədir. Dəniz səviyyəsindən 400 m yüksəklikdə yağış, günəşli günlər və orta illik temperaturun ideal balansı yer almaqdadır. Ərazi öz iqlim xüsusiyyətlərinə görə demək olar ki, cənubi İtaliya ilə eynidir. Buna görə də, şərab zavodunun təsisçiləri teruarları araşdırmaq və müxtəlif çeşidlər seçmək üçün italyan şirkətlərinə müraciət etdilər.
Seçilmiş nəciblik, nəcib üzüm, nəcib şərab
İtaliyanın qabaqcıl laboratoriyalarında beynəlxalq oenoloq-aqronomların rəhbərliyi altında Savalan vadisində aparılan iqlim şəraiti və teruar tədqiqatının nəticələrinə görə, Avropa üzümünün ən uyğun sortları seçildi. Avropanın aparıcı şitil tədarükçüsü olan “Vivai Cooperativi Rauscedo” tərəfindən Altı Ali Üzüm növləri - Şardone, Rizlinq, Savinyon Blan, Kaberne Savinyon, Pino Nuar və Merlo daxil olmaqla 22-dən çox növü təmin edilmişdir. İndi üzüm bağlarının əkin sahəsi 360 hektardan çoxdur və üzümün yığılması və çeşidlənməsi tamamilə əl ilə həyata keçirilir.