TƏDBİRLƏR

  • KEÇMİŞ
  • GƏLƏCƏK

AZƏRBAYCANDA İLK “ВИННАЯ ЛОГИКА” AXŞAMI!

Bu, şərab və spirtli içkilərin dequstasiyası ilə keçirilən əyləncəli və maraqlı bir oyunudur. Oyunda 4 nəfərdən ibarət iki komanda iştirak edəcək və oyunun mahiyyəti “TNT” telekanalında yayımlanan “Məntiq haradadır?” oyundakı kimidir, lakin bütün suallar yalnız şərab ilə bağlıdır. Qalib olan komanda “SAVALAN” brendindən dəyərli və maraqlı hədiyyələr qazanacaq.

29 / 09 / 2021

“BAKI SİQAR KLUBU”NUN DOĞUM GÜNÜ TƏDBİRİNDƏ!

Bakı Siqar Klubunun doğum günü bu dəfə “See Breeze Resort”da keçirildi. Qonaqlar “Habanos” brend-ambassadoru Dmitriy Drutsun master-klassında iştirak etməklə yanaşı “SAVALAN” içkilərini də dada bildilər. Həmçinin siqarın həm “SAVALAN Grappolo”, həm də olduqca dadlı “Merlot dessert” ilə bir-birini necə mükəmməl tamamladığını ləzzətlə yoxladılar. Bir sözlə, qonaqlar “SAVALAN” şərabları və siqar ilə gözəl bir axşam keçirdilər!

19 / 09 / 2021

QƏBƏLƏDƏ “XLL KLASSİK MUSİQİ FESTİVALI”

Gözəl və əsrarəngiz təbiəti ilə seçilən Qəbələ rayonu “Xll Klassik Musiqi Festivalı” kimi iri miqyaslı bir tədbirə ev sahibliyi edir. “SAVALAN” şərabları isə bu atmosferi daha canlı etməklə yanaşı həm də ideal şəkildə müşahidə edir .

03 / 08 / 2021

“QAFQAZ RİVERSİDE HOTEL”DƏ MANQAL AXŞAMI

19 iyul tarixində Azərbaycanın ən gözəl yerlərindən birində, Qəbələdə “Qafqaz Riverside Hotel”də hovuz və manqal kənarında “BBQ & Wine party” çərçivəsində növbəti şərab dequstasiyamız keçirildi.

23 / 07 / 2021

YENİ QƏLƏBƏMİZ!

Brüsseldəki nüfuzlu beynəlxalq “MONDE SELECTION” sərgisində, şərablarımızdan Savalan Cabernet Sauvignon Ripassato 2014 yenidən qızıl medal qazandı. Savalan Nobel Excluzive Collection 2016 şərabımız isə gümüş medal ilə təltif olundu. “MONDE SELECTİON” – yüksək dərəcədə peşəkar olan müstəqil dequstasiya müsabiqəsidir. 1961-ci ildən bəri Beynəlxalq Keyfiyyətə Nəzarət İnstitutu hər il ən yaxşı istehlak olunan malları seçir. “Monde Selection” münsiflər heyəti 70 tanınmış Avropa mütəxəssisindən ibarətdir. “Monde Selection” medalları dünyada tanınan ən yüksək keyfiyyət göstəricisidir.

15 / 10 / 2020

DAHA BİR BEYNƏLXALQ NƏALİYYƏT!

“SAVALAN NOBEL Exclusive Collection 2016” şərabını yaradarkən qeyri adi ətrli və bənzərsiz dadlı, bütün xüsusiyyətləri ilə “Ekskluziv” sözünü ideal şəkildə ifadə edən bir şərab ərsəyə gətirməyi özümüzə borc bildik. Komandamızın zəhməti və qayğısı ilə bu şərab 26-cı “Grand International Wine Award Mundus VINI 2020” beynəlxalq müsabiqəsində qızıl medal qazandı.

23 / 09 / 2020

“SAVALAN” ŞƏRABLARI ARTIQ LONDONDA!

“SAVALAN” dünya qastronomik turuna davam edir. ”SAVALAN” şərabları indi Londonda köhnə şəhər mərkəzində yerləşən ən prestijli restoranda – TDQ Steaks London-da. TDQ Steaks London Argentina, Kanada, Yaponiya, Şotlandiya və Yeni Zelandiyadan müxtəlif dünya səviyyəli mal əti təqdim edən bir restorandır. Burada Limited Release və Special Edition şərablarımızla əla steyk və dəniz məhsullarının dadına baxa bilərsiniz.

05 / 09 / 2020

COMING SOON