HAQQIMIZDA

“SAVALAN – ASPİ VAYNERİ” HAQQINDA

“SAVALAN – ASPI Winery” MMC 2007-ci ildə əsas diqqəti üzüm yetişdirilməsinə və yüksək keyfiyyətli şərabların istehsalına yönəltməklə yaradılmışdır.

Şərablarımız yüksək ixtisaslı italyan mütəxəssislərin - Daniel D'Andrea və Eliza Vanyoninin rəhbərliyi altında istehsal olunur. “SAVALAN” komandası öz işlərində peşəkar yerli və xarici ekspertlərdən ibarətdir və şirkətimiz öz fəaliyyətində Azərbaycan və İtaliya kimi günəşli və zəngin mədəniyyətə sahib iki ölkəni birləşdirib bir araya gətirmişdir. Üzüm sortlarının seçimində “Vivai Cooperativi Rauscedo”-nun direktoru cənab Eugenio Sartori böyük töhfələri olmuşdur və o, qeyd etmişdir ki, “SAVALAN – ASPI Winery” MMC-nin yetişdirdiyi üzümlərin ən yüksək texniki və keyfiyyət standartlarına cavab verir və hətta Avropada analoji sortları üstələ bilir. Şərabın sınaqdan keçirilməsinə gəldikdə isə, bunu Avropadan olan ekspert cənab Ermanno Murari həyata keçirir. Bundan əlavə, beynəlxalq üzüm sortlarının adaptasiyası, məşhur italyan oenoloqlarının tövsiyələri, müasir texnika və texnologiyanın geniş tətbiqi, müxtəlif sort tərkibləri ilə yenilikçi eksperimentlər və keyfiyyətə güzəştsiz bağlılıq bizim uğurumuzun əsas göstəricilərindəndir.

Daha ətraflı

TARİXİMİZ və FƏLSƏFƏMİZ

Keyfiyyət ənənəyə, şərab isə incəsənət nümunəsinə çevriləndə

Şirkətimiz qədim zamanlarda – Böyük Qafqazın ətəklərində şərabçılığın beşiyində, Savalan vadisində şərab sənayesinin inkişaf etdiyi unikal iqlim şəraiti olan bir ərazidə şərabçılıq sənətini yenidən canlandırır.

ÜZÜM BAĞLARI və TERRUAR

Təkrarolunmaz terruar və iqlim şəraitinə malik bu ərazi, Azərbaycanın ən unikal şərablarından birinin doğulduğu yerdir.

Dəniz səviyyəsindən 400 m yüksəklikdə iki çay ilə əhatə olunan bu ərazidə yağış, günəşli günlər və orta illik temperaturun ideal balansı yer almaqdadır. Savalan vadisi öz iqlim xüsusiyyətlərinə görə demək olar ki, cənubi İtaliya ilə eynidir.

ZAVOD

Bura milli şərabçılıq ənənələrimizin nəyinki unikal şərablar həm də distillələr istehsalı üçün müasir italiyan texnologiyası ilə birləşdiyi yerdir.

Zavoddakı avadanlıqlar müasir tələblərə tam cavab verən “Della Toffola” şərkətinə həvalə edilmişdir və laboratoriya isə Avropada ən yaxşı təchiz edilmiş laboratoriyalardan biridir. Avropa müəssisələrinin çox az hissəsi bu cür avadanlıqlarla təchiz edilmişdir. Şərab istehsalı prosesinə müasir keyfiyyət standartlarına uyğun olaraq nəzarət etmək üçün, fabrikə peşəkar texnoloqlar - İtaliyadan şərab ekspertləri Daniel D’Andrea və Eliza Vanyoni dəvət edildi.

ZİRZƏMİ

Bura italyan və fransız palıd çəlləklərində şərablarımızı sevgi və səbirlə yaşlandırdığımız yerdir.

“SAVALAN – ASPI Winery” zavodunun zirzəmisi “Garbelotto” şirkəti tərəfindən hazırlanmış palıd çəlləkləri ilə təchiz edilmişdir.

“SAVALAN” KOMANDASI

Biz öz fəaliyyətimizdə Azərbaycan və İtaliya kimi günəşli və zəngin mədəniyyətə sahib iki ölkəni birləşdirib bir araya gətirdik.

Şərablarımız yüksək ixtisaslı italyan mütəxəssislərin - Daniel D'Andrea və Eliza Vanyoninin rəhbərliyi altında istehsal olunur. “SAVALAN” komandası öz işlərində keyfiyyəti ən ali dəyər hesab edən peşəkar yerli və xarici mütəxəssislərdən ibarətdir.